Nəşrlər
Əsli Zeynalabdinova
Gündəlik həyatımız streslə doludur desəm yəqin ki yanılmaram. Çünki hər gün istər işdə, istər evdə, istərsə də adi ünsiyyət zamanı insanların emosional vəziyyətinin bir neçə dəfə dəyişməsini müşahidə etmək olar.
İnsanın emosional həyatı rəngarəng olub, affektlərə, əhvala, hisslərə, stresə bölünür.
Klassik tərifə görə stres orqanizmin artan təlabatlara uyğunlaşmasına və yaranmış çətinliklərin aradan qaldırılmasına yönəlmiş gərginliyidir.
Psixoloji xidmət kabineti
Əsli Zeynalabdinova
Bu yazının mövzusu təbii ki, məktəb psixoloqunun kabinetidir. Məktəb psixoloquna kabinet lazımdırmı? Çox vaxtı belə bir fikir irəli sürülür ki, işləyən psixoloq kabinetsiz də işləyər. Ayrı-ayrı hallarda bununla razılaşmaq olar, məsələn fərdi kliyentlə yaxud onun özünəməxsus mühiti, əhatəsi ilə işləməli olduqda. Lakin böyük bir təhsil müəssisəsində, uşaqların vaxtlarının çox hissəsinin keçdiyi bir yerdə və bir psixoloqun çoxsaylı şagird kütləsinə xidmət etdiyi bir şəraitdə psixoloqun iş yerinə mühitin bir hissəsi kimi baxılmalıdır. Və bu məkanmı deyim, ya yemir mühitin prinsiplərinə cavab verməlidir, başqa sözlə uşaq fəaliyyətinin müxtəlifliyini təmin etməli, həmçinin funksional rahatlıq kriterilərinə də uyğun olmalıdır. Deməli məkanın seçilməsi məqsədyönlü və məqsədəmüvafiq olmalıdır.
|
|
|
Məktəbdə psixoloji xidmətin praktik məsələləri
Kitabda məktəbdə psixoloji xidmətin əsas istiqamətləri, psixoloqun etik kodeksi, psixoloji xidmətin məqsəd və vəzifələri, həmçinin fərdi fərqləri öyrənmək üçün metodikalar, müəllimlərlə iş texnologiyası, valideynlər üçün tövsiyələr verilmişdir.
Kitab məktək psixoloqları, müəllimlər, valideynlər eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Məktəb psixoloquna kömək
Kitabda məktəbdə psixoloji xidmətin təşkili məsələləri, psixoloqun illik iş planı, psixodiaqnostika, psixokorreksiya, psixokonsultasiya, psixoprofilaktika məsələləri, statistik arayışın hazırlanması, psixoloji rəy və protokolların nümunələri, psixoloji-pedaqoji konsilium haqqında məlumatlar verilməklə yanaşı, bəzi psixodiaqnostik metodlarla iş açıqlanır.
Xoşbəxtlik ağacı
Kitabda uşaqlarda diqəti, hafizəni, təfəkkürü, təxəyyülü necə inkişaf etdirmək üçün müxtəlif oyunlar və tapşırıqlar verilir. Hiperaktiv uşaqlar və onların aşkar edilməsı üşün anket sorğusu təqdim olunur. Həmçinin kitabda tənqidi və məntiqi təfəkkürün inkişafı üçün tapşırıqlarla tanış ola bilərsiniz. |
|
|
|
|
Şəxsiyyətin inkişafı treninqi haqqında
Şəxsiyyətin inkişafı treninqinə yıgım başladı. Gənclər qrupu(18 yaşdan 30 yaşa qədər) və yetkin yaşlı insanlar üçün qrup (30 yaşdan 50 yaşa qədər). Hər qrupda iştirakçıların maksimal sayı 12-dir. Qeydiyyat üçün mütləq ad, yaş və təhsili göstərməklə bizə email göndərməlisiniz.
Uşaqlar üçün qruplar
Uşaqlar və yeniyetmələt üçün psixokorreksiya(13-16 yaş) qrupuna elan verilmişdirş. İştirakçıların sayı 12 nəfər. Məşğələlər qrup yığılan kimi həftədə bir dəfə olməqla başlayacaq. Bir məşğələnin müddəti 5 saatdır.
Şəxsiyyətin tam psixoloji portreti
- intellektual potensial
- təfəkkür üslubu
- informasiya açıqlığı dərəcəsi
- yaradıcı potensial
- Xarakter keyfiyyətləri
- Psixoloji tip
- Sinir sistemi xüsusiyyətləri
- Adaptasiya saviyyəsi
- Peşəyönümü
- Psixoloji müdafiə formaları
- Və başqaları
Qeydiyyat üçün əlaqə telefonlarınızla birlikdə e-mail ünvanınızı göndərin.
İmkanlar
Əgər siz kliyentlərinizin istəklərini nəzərə almaqla savadlı və keyfiyyətli reklam mətnləri yaratmağı öyrənmək və reklam biznesinizin çiçəklənməsini istəyirsinizsə bizə müraciət edin. Biz bu işdə sizə kömək edərik. Yaratmağa çalışan insanın qarşısında mümkün olmayan şey yoxdur.
|