HR MENECERLƏR ÜÇÜN TRENİNQ “PERSONALIN PSİXOLOJİ SEÇİMİ” Psixoloji mərkəz Ictimai təşkilati
 
Русский
  Əlaqələr   Biznesmenlərə   Idmançılara   Psixoloqlara   Valideynlərə   Abituriyentlərə   Tələbələrə    

 

 


Oxumağı məsləhət bilirik



Psixoloqun
məsləhətləri


Psixoloqlar zarafat
edir



Nigah baglamaq istəyənlərə məsləhətlər Советы для вступающих в брак


MasterGroup




 

 

 

Bakililar.az

 


DİQQƏT!

Bu yaxında "Qorxunun psixoterapiyası" adlı məktəb psixoloqlar ücün bir günlük seminar keciriləcək. Əlavə informasiya almaq ücün və qeydiyatdan kecmək ücün psy6957@mail.ru müraciyyət edin.

 

HR MENECERLƏR ÜÇÜN TRENİNQ
“PERSONALIN PSİXOLOJİ SEÇİMİ”

Hörmətli Xanımlar və Bəylər!

Psixoloji Mərkəz sizi 10 saat olmaqla “Personalın psixoloji seçimi” mövzusunda 2 günlük treninqdə iştirak etməyə dəvət edir..

Bu treninq sizə müasir psixoloji metodların köməyilə şəxsiyyətin güclü və zəif tərəflərinin əks etdirən düzgün psixoloji portretinin yaratmağa imkan verəcək. Treninqdə veriləcək testlər kliyentin sifarişçinin xoşuna gəlməklə bağlı fəndlərini aşkar etməyə və vaxt itirmədən onun həqiqi keyfiyyətlərini açmağa kömək edir.

>>>>>

Təfəkkür mədəniyyəti və müstəqilliyi dos. R.Ə.Cavadov

rovsan

СУИСИД ДЕСТРУКТИВ ДАВРАНЫШ ФОРМАСЫ КИМИ


Şəxsiyyətin inkişafı treninqi haqqında

Çoxları bu nədir deyə sual verirlər.

Hər bir insanın hansısa problemi var, kimsə nədənsə narazıdır, kimsə kimdənsə razı deyil. İnsan bu və ya digər situasiyada nə dərəcədə haqlı olduğunu, problemin və onun həllinin kənardan necə göründüyünü , hansı qərarın onun üçün daha əlverişli olmasını və s. bilmək istəyir. Adətən belə hallarda insanlar məsləhət almaq istəyirlər. Lakin, bildiyimiz kimi kənar şəxsin məsləhəti situasiyanı daha da pisləşdirə bilər, hətta bəzən peşəkar məsləhəti heç də həmişə faydalı olmur, belə ki, öncə məsləhəti başa düşmək və qəbul etmək lazımdır. Problemi dərk etmək, ona müxtəlif tərəflərdən baxmağı bacarmaq lazımdır. Şəxsiyətin inkişafı treninqi situasiyanın, problemin görmə diapazonunu genişləndirməklə insana problemə müxtəlif tərəflərdən yanaşmaga və qərara verməqə kömək edir.

Bundan əlavə şəxsiyyətin inkişafı treninqi insana həddən artıq emosionallıq, səbirsizlik, aqressivlik, utancaqlıq, özünə inamsızlıq, həyəcanlılıq, qorxu, ünsiyyət və s. bu kimi konkret şəxsi keyfiyyət və bacarıqları düzəltməyə imkan verir.

Həmçinin treninqdə ruhunuza yaxın insanlarla tanış olmaq imkanı qazanırsınız. Bir qayda olaraq həmin şəxslərlə ünsiyyət treninqdən sonra da davam edir. Treninq iştirakçıları sizə yaxın dost olurlar. Bütün bunlar aşağıdakı şərtlərə əməl etdikdə baş verir:

1. Əvvəlcədən testdən keçməklə yaş, intellekt, özünü dərk etmək və təkmilləşmək istəyi kimi xüsusiyyətlər və bir sıra şəxsiyyət keyfiyyətlərinə görə bir-birinə yaxın insanlardan ibarət qrup yaradılır.

2. Qrup iştirakçıları qohum yaxud yaxın dostlar ola bilməz.

3. Qrup həftədə bir dəfə 5-6 saat arada kofe-çay fasiləsi olmaqla treninqə toplaşır. Treninqin ümumi davam etmə müddəti 2-3 aydır(10 məşğələ).

4. İştirakçılar üçün birinci görüş sınaq görüşüdür. İştirakçılarla əvvəlcədən danışığa baxmayraq hər bir kəs qəti qərarı ilk görüşdən sonra verir. Ona görə də treninqin ödənişi ikinci görüşdə verilir. Ödəniş aylıqdır.

5. Zəruri avadanlıqlar: videokamera, videomaqnitafon, musiqi mərkəzi, televizor

İş prinsipləri:

• Konfidensiallığın gözlənilməsi;

• Səmimilik;

• Fəallıq;

• Hisslərin fəallaşdırılması;

• Başqasını qəbul etmədən tənqid etməmək;

• Müdafiə hüququ;

• Məşğələləri buraxmamaq.

 

Şəxsiyyətin inkişafı treninqi haqqında

Treninqdə ən başlıca olan verbal və qeyri verbal yolla əks əlaqə almaqdır. Əks əlaqə nəticəsində şəxsiyyətin korreksiyası baş verir. Əks əlaqəni güzgü ilə müqayisə etmək olar. Təsəvvür edin ki, biz güzgülər olamyan dünyada yaşayırıq, özümüzü yox, başqsını əks etdiririk. Prinsipcə bizim əksəriyyətimiz belə dünyada da yaşayır. Hətta güzgümüz olduğu halda belə çox vaxt biz özümüzü görmək istədiymiz kimi görürük. 2-3 ay müddətində insanın treninqdə aldığı əks əlaqənin sayı insanın 5-10 illlik həyat dövründə alacağı əks əlaqəyə bərabərdir(treninq iştirakçılarının cavabları əsasında). Real həyatda biz bir qayda olaraq əks əlaqəni konflikt situasiyasında alır və heç də həmişə ona adekvat reaksiya vermirik. Treninqdə alınmış əks əlaqə özünütəhlil prosesinə kömək edir. Xüsusilə bu gözlədiklərimizlə aldıqlarımız arasında ziddıyyət yarandıqda baş verir.

Şəxsiyyətin inkişafı ilə bağlı olan əksər treninqlərdən fərqli oalarq bizim treninq xoş mühitdə keçir. Bu treninqin əsas prinsiplərindən biri başqasını qəbul etmədən tənqidə yol verməməkdir. Başqa sözlə treninq bir-birinə təmkinli və tolerant münasibət şəraitində keçir. Ona görə də treninqdə müəyyən vaxt belə şəraitin yaradılmasına sərf edilir. Bu psixoloji müdafiənin azalması, iştirakçıların özlərini daha etibarlı mühitdə hiss etmələri üçün edilir.

Şəxsiyyətin inkişafı treninqi haqqında

Treninqin metodologiyasına gəldikdə isə onu eklektik adlanıdrmaq olar. Konkret treninq qrupunda konkret insana kömək edə biləcək hər bir vasitədən istifadə olunur. Həm psixoanaliz, həm rollu psixoterapiya, tranzakt analiz, geştaltterapiya, həm neyrolinqitsik proqramlaşdırma, musiqi terapiyası, bədən yönümlü terapiya, həm də yoqa və başqa ənənəvi və qeyri ənənəvi üsullardan istifadə olunur.

O ki qaldı mənim şəxsiyyətin strukturuna yanaşmama, o «Psixoloqiçeskie tipı. Tipoloqiya 69» kitabında, eləcə də saytda olan məqalələrimdə verilmişdir.

 

TRENİNQDƏ GÖRÜŞƏNƏDƏK!


Доска объявлений

Şəxsiyyətin inkişafı treninqi haqqında

Şəxsiyyətin inkişafı treninqinə yıgım başladı. Gənclər qrupu(18 yaşdan 30 yaşa qədər) və yetkin yaşlı insanlar üçün qrup (30 yaşdan 50 yaşa qədər). Hər qrupda iştirakçıların maksimal sayı 12-dir. Qeydiyyat üçün mütləq ad, yaş və təhsili göstərməklə bizə email göndərməlisiniz.

Uşaqlar üçün qruplar

Uşaqlar və yeniyetmələt üçün psixokorreksiya(13-16 yaş) qrupuna elan verilmişdirş. İştirakçıların sayı 12 nəfər. Məşğələlər qrup yığılan kimi həftədə bir dəfə olməqla başlayacaq. Bir məşğələnin müddəti 5 saatdır.

Şəxsiyyətin tam psixoloji portreti

- intellektual potensial
- təfəkkür üslubu
- informasiya açıqlığı dərəcəsi
- yaradıcı potensial
- Xarakter keyfiyyətləri
- Psixoloji tip
- Sinir sistemi xüsusiyyətləri
- Adaptasiya saviyyəsi
- Peşəyönümü
- Psixoloji müdafiə formaları
- Və başqaları
Qeydiyyat üçün əlaqə telefonlarınızla birlikdə e-mail ünvanınızı göndərin.

İmkanlar

Далеко смотрящийƏgər siz kliyentlərinizin istəklərini nəzərə almaqla savadlı və keyfiyyətli reklam mətnləri yaratmağı öyrənmək və reklam biznesinizin çiçəklənməsini istəyirsinizsə bizə müraciət edin. Biz bu işdə sizə kömək edərik. Yaratmağa çalışan insanın qarşısında mümkün olmayan şey yoxdur.


 

© Sveta Məcidova, 2007-2012

e-mail: psy6957@mail.ru

telefon: (+994 12) 538 88 95, (+994 12)510 85 24, (+994 12)493 68 41, (+994 050) 442 17 08