Русский
  Ana səhifə   Əlaqələr   Biznesmenlərə   Idmançılara   Psixoloqlara   Valideynlərə   Abituriyentlərə   Tələbələrə   

 

 


Oxumağı məsləhət bilirik



Psixoloqun
məsləhətləri


Psixoloqlar zarafat
edir



Nigah baglamaq istəyənlərə məsləhətlər Советы для вступающих в брак


MasterGroup




 

 

 

Bakililar.az

 

Layihələr

Layihə 1. 1999-cu ilin oktyabr ayından 2000-ci ilin mart ayına kimi təşkilatımız tərəfindən «Çətin yeniyetmə» layihəsi həyata keçirilmişdir. Bu layihənin reallaşdırılması üçün ISAR/Azərbayjan beynəlxalq təşkilatından qrant alınmışdır. Layihənin məqsədi psixoloji-pedaqoji təsir metodlarının köməyi vasitəsilə yeniyetmələr arasında qanun pozğunluğu hallarının azaldılması olmuşdur. Bu layihəyə Bakı şəhərinin Yasamal və Səbail rayonlarından 100-ə qədər uşaq cəlb olunmuşdur. Həmin uşaqların bir hissəsi həddi-buluğa çatmamışların işi üzrə inspeksiya qeydiyyatında olanlardır. Bu layihə üzrə bizim işimiz bir neçə hissədən ibarət olmuşdur: əvvəla, hər bir uşağın şəxsiyyətinin təhlili və düzgün psixokorreksiya tədbirlərinin seçilməsi məqsədi ilə onlar haqqında məlumatın toplanılması; ikincisi, fərdi hakimlik; üçüncüsü, yeniyetmənin sosial əhatəsi ilə iş, başqa sözlə valideynlərlə, müəllimlərlə, polis işçiləri və dostlərı ilə. Onlar üçün fərdi konsultasiya və tematik seminarlar keçirilmişdir; dördüncüsü, çətin uşaqların müəyyən bir qismi ilə psixokorreksiya işi aparılmışdır.

Bu müddət ərzində yeniyetmələrlə aşağıdakı işlər aparlılmışdır:

Həm yeniyetmələrin özləri, həm də valideynləri üçün çoxsaylı fərdi konsultasiyalar;

Peşəyönümü, cinsi tərbiyə, şəxsiyyətin ictimailəşməsi, yeniyetmənin dəyərləri, natamamlıq kompleksi və psixoloji müdafiə mövzularında həm valideynlər, həm də müəllimlər üçün 10 tematik seminar keçirilmişdir. Seminar iştirakçılarının ümumi sayı 180 nəfər olmuşdur.

75 yeniyetmə ilə psixokorreksiya tədbirləri aparılmışdır (fərdi və qrup psixokorreksiyası).

 

Layihə 2. 2000-ci ilin iyun ayından noyabr ayına qədər Azərbaycan dövləti və UNICEF beynəlxalq təşkilatının xətti ilə təşkilatımız tərəfindən «Küçə uşaqları» layihəsi həyata keçirilmişdir. Bu layihə elmi-tədqiqat xarakterli olmuşdur.

«Küçə uşaqları» termini altında ilk növbədə küçədə işləyən uşaqlar («işləyənlər»), ikincisi, evsiz uşaqlar, başqa sözlə küçədə yaşayan uşaqlar («yaşayanlar») nəzərdə tutulur.

Layihənin əsas məqsədi «küçə uşaqları» hadisəsinin hərtərəfli təhlili, onların profilaktikası və aradan qaldırılması, həmçinin həm cəmiyyət, həm də şəxsiyyət üçün neqativ nəticələrə gətirib çıxaran problemlərin həll edilməsi üçün tədbirlərin işlənilməsi, bu məqsədlə də onların ümumi, xüsusi və spesifik səbəblərinin öyrənilməsindən ibarət olmuşdur.

Başqa məqsədlər:

A) küçəyə düşən uşaqlara və onların valideynlərinə bu vəziyyətin mənfi tərəflərinin dərk edilməsində kömək göstərilməsi, onların çətin həyat situasiyalarından çıxış yolu tapmağa fəallaşdırılması,

B) ictimaiyyətin, dövlət və qeyri-dövlət təşkilatlarının «küçə uşaqları» probleminin həlli üçün fəallaşdırılması

Vəzifələr:

Bu problemlə bağlı tədqiqatlarla tanış olmaq;

Bilavasitə «küçə uşaqları»nın özlərindən onların ailələri, ailədəki qarşılıqlı münasibətləri, ailənin maddi durumu, onların dəyərləri, maraqları, problemləri, ehtiyacları və s. haqqında məlumat almaq; «küçə uşaqları»nın bir şəxsiyyət kimi bəzi fərdi psixoloji xüsusiyyətlərinin aydınlaşdırılması, onların psixoloji portretlərinin yaradılması və tez-tez rast gəlinən psixoloji tiplərin müəyyənləşdirilməsi «küçə uşaqları»nın valideynləri ilə aparılan söhbətlər nəticəsində onların ailələrinin təhlil edilməsi; «küçə uşaqları» ilə bağlı olan əhalinin müəyyən qrupunun, xüsusən də tərbiyəçilərin, müəllimlərin, təlim və tərbiyə müəssisələrinin rəhbərlərinin, dövlət məmurlarının, polislərin münasibətini müəyyən etmək;

Aparılmış tədqiqatın və öyrənilmiş problemin əsasında «küçə uşaqları» hadisəsinin profilaktikası üçün tövsiyələr vermək, hadisənin neqativ nəticələri ilə mübarizə, problemin həlli və bu istiqamətdə ictimaiyyətin fəallaşdırılılması (uşaqlarla əlaqəli dövlət və qeyri dövlət təşkilatları).

Tədqiqatın obyektləri:

Küçədə yaşayan və ya işləyən məktəbəqədər və məktəb yaşlı uşaqlar;

Yaş həddi 3-4 yaşdan 18 yaşa qədər;

İnternatlarda yaşayan və «küçə» təcrübəsi olmayan uşaqlar;

«küçə uşaqları»nın valideynləri;

«küçə uşaqları»na bilavasitə aidiyyatı olan: tərbiyəçilər, müəllimlər, internat rəhbərləri, dövlət məmurları və polislər;

Tədqiqatın coğrafiyası:

Bakı, Sumqayıt, Gəncə, Quba

 

Layihə 3. ISAR-Azərbaycan təşkilatının kiçik qrant proqramı çərçivəsində «Yetkin yaşlı insanların psixoloji reabilitasiyası» layihəsi həyata keçirilmişdir. Layihənin müddəti - 4 ay.

Adət olunmuş sosial-iqtisadi həyat tərzinin dəyişməsi, aşağı maddi status, iş yerinin itirilməsi və s. bu kimi hallar qoca insanlar üçün güclü stress yaradan amillərdir. Bu amillərin təsiri altında onlar çox vaxtı bu hallarla mübarizə apara bilmir və son dərəcə ağır psixoloji diskomfort vəziyyətində olurlar. Əlbəttə ki, əsas məqsəd obyektiv çətinliklərin aradan qaldırılmasından yox, insanların stress törədən amillərə münasibətinin dəyişdirilməsindən, həyatın müsbət tərəflərinin axtarılıb tapılmasında onlara kömək göstərilməsindən, həmçinin özlərini rahat və müdafiə olunmuş hiss etmələri üçün psixoloji, fizioloji və mənəvi imkanlarının aşkara çıxarılmasından ibarət olmuşdur.

Layihənin əsas məqsədi qoca insanların sosial-iqtisadi mühitin tez dəyişən şəraitinə uyğunlaşmasının və stressə qarşı möhkəmliyinin artırılmasından, başqa sözlə onların psixoloji və somatik vəziyyətlərinin yaxşılaşdırılmasından ibarət olmuşdur.

Bu məqsəd aşağıda qeyd olunan vəzifələri nəzərdə tuturdu:

1. Yaşlı insanların psixoloji problemlərinin fərdi psixoloji konsultasiya vasitəsilə həl edilməsi;

2. Yaşlı insanların psixoloji problemlərinin həlli psixoterapevtik qruplar vasitəsilə onların sosial uyğunlaşmasının artırılması;

3. Yaşlı insanların tənhalıq probleminin həll edilməsi: sosial-psixoloji treninqdən istifadə etməklə görüş axşamlarının keçirilməsi;

4. Yaşlı insanların psixoloji problemləri ilə bağlı tematik seminarların keçirilməsi;

5. Yaşlı insanların fövqəladə şəraitlərdə yaşamasının psixoloji qaydaları haqqında broşüranın hazırlanması.

Bu layihənin həyata keçirilməsində biz «Xesed Xerşon», rus icması, «Sodrujestvo» ictimai təşkilatı ilə əməkdaşlıq etmişik. Pulsuz broşüranın paylanılması da daxil olmaqla 700 nəfər şəxsə psixoloji kömək göstərilmişdir.

Nəşriyyat fəaliyyəti: 2001-ci ilin fevralında «Psixologiçeskie tipı. Tipologiya 69» Mecidova S.M. (tirajı 500, həcmi 205) kitabı buraxılmışdır. Tamlıq fəlsəfəsi prinsiplərinə əsaslanan müəllif şəxsiyyətin psixoloji tipologiyasını işləmişdir. Bu tipologiyanın əsasında mənlik şüurunun mərhələləri durur. Həmçinin kitabda şəxsiyyətin tipini müəyyənləşdirmək üçün psixoloji metodlar verilir, şəxsiyyətin fəlsəfi, dini, psixoloji, kliniki tipologiyaları haqqında məlumat verilir.

2001-ci ilin noyabr ayında «Qocalmağı bacarmaq müdriklik zirvəsidir» kitabı buraxılmışdır.

Tiraj 500, həcm 56, rus və azərbaycan dilində.

Elmi-tədqiqat fəaliyyəti:

Təşkilat yarandığı gündən psixoloji mərkəz tərəfindən bir neçə elmi tədqiqat işi görülmüşdür :

1. Abituriyentlərin sosial psixoloji təhlili (peşəyönümü, intellekt səviyyəsi, testlə imtahanlara münasibət və s.)

2. Milli mənlik şüuru və xarakteri ilə əlaqədar tədqiqat aparılmışdır. «Xalça naxışları simvolikasında inkas olunan milli şüur arxetipləri»

3. Heyvanlara münasibəti aşkar edən sosial və psixoloji tədqiqat

4. Mənlik şüurunun əsasında şəxsiyyətin tipologiyasının işlənilməsi

5. Psixodiaqnostik metodikaların işlənilməsi və adaptasiyası

 

Layihə 4. ISAR/Azərbaycan tərəfindən maliyələşdirilən «Yetkin yaşlı insanların adaptasiyası» layihəsi həyata keçiriilib. Bu layihə «Yetkin yaşlı insanların psixoloji reabilitasiyası» layihəsinin davamı olmaqla eyni məqsədi güdüb, lakin daha geniş məsləhət xidməti, xüsusən də hüquqi xidmət göstərib. İlk dəfə olaraq «sahibkarlıq fəaliyyətinin əsasları» kursu keçirilmişdir. Layihənin müddəti 4 ay olmuşdur.

Layihə 5. «Azersell» Telekom tərəfindən «Küçə uşaqları: sosioloji və psixoloji portret» kitabının nəşrinə qrant alınmışdır.

Layihə 6. «Yaşlı insanlarla sosial iş bacarıqlarının inkişafı» layihəsi hal-hazırda Açıq Cəmiyyət İnstitutunun kiçik qrantlar proqramının maliyə dəstəyinə əsasən keçirilir. Ləyihə əsasən iki məqsəd güdür: ilk növbədə könüllülərin təlimi, yəni sosial elmlər və psixologiya fakültəsinin məzun və tələbələrinə yaşlı insanlarla sosial işin öyrədilməsi; digər tərəfdən yaşlı insanların sosial-iqtisadi mühitin dəyişən şəraitinə uyğunlaşması və stresə davamlılığının artırılması, bir sözlə ümumilikdə qocaların psixoloji və somatik vəziyyətlərinin yaxşılaşdırılmasıdır.

Layihə 3 ay müddətinə nəzərdə tutulmuşdur.

Nəşriyyat fəaliyyəti: 2001-ci ilin fevral ayında Sveta Məcid qızı Məcidovanın «Psixoloji tiplər. Tipologiya 69» kitabı nəşr olunmuşdur. (tiraj: 500 nüsxə; 205 səh.) Tamlıq fəlsəfəsi prinsiplərinə istinad edərək müəllif əsasında mənlik şüuru səviyyələrinin dayandığı şəxsiyyətin psixoloji tipologiyasını işləmişdir. Həmçinin kitabda şəxsiyyətin tipini müəyyənləşdirən psixoloji metodlar göstərilmiş, şəxsiyyətin fəlsəfi, dini, psixoloji, kliniki tipologiyaları haqqında məlumat verilmişdir.

2001-ci ilin noyabrında «Qocalmağı bacarmaq müdriklik zirvəsidir» adlı kitabça nəşr olunmuşdur (tiraj 500 nüsxə, 56 səh, rus və azərbaycan dilində). Kitabda ahıl yaşda baş verən dəyişikliklər, qocalmanın səbəbləri haqqında məlumat verilməklə yanaşı psixoloqun və filosofun məsləhətləri göstərilir, həmçinin şərq təbabətinin bir sıra sağlamlaşdırma metodları təqdim olunur.

2003-cü ilin sentyabrında psixologiya elmləri namizədi Svetlana Məcid qızı Məcidovanın «Küçə uşaqları: sosioloci və psixoloji portret» kitabı 2000-ci ildə Psixoloji Mərkəz ictimai təşkilatının apardığı «Küçə uşaqları» operativ tədqiqatı əsasında yazılmışdır.

Kitabda «küçə uşaqları» hadisəsinin səbəbləri təhlili edilmiş, «küçə uşaqları»nın sosioloji və psixoloji portreti verilmiş, problemin səbəb və nəticələri ilə mübarizə üçün tövsiyələr işlənilmişdir.

 

Elmi tədqiqat fəaliyyəti: Mövcud olduğu dövrdə Psixoloji Mərkəz tərəfindən bir neçə elmi tədqiqat işi aparılmışdır:

1. Abituriyentlərirn sosioloji və psixoloji təhlili (peşəyönümü, intellektual səviyyə, test imtahanlarına münasibət və s.)

2. Milli mənlik şüurunun və xarakterin öyrənilməsi ilə bağlı tədqiqat, «Xalça naxışları simvollarında əks olunmuş milli mənlik şüuru və xarakter»

3. Heyvanlara münasibətin öyrənilməsi ilə bağlı aparılmış sosialoji və psixoloji tədqiqat

4. Mənlik şüuru əsasında şəxsiyyətin psixoloji tipologiyasının işlənilməsi

5. Psixodiaqnostik metodların adaptasiyası və işlənilməsi

Bütün qeyd olunan elmi tədqiqatlarda və praktik fəaliyyətdə gender aspektini göstərmək cəhdləri edilmişdir.

 

Konsultasiya fəaliyyəti: müxtəlif psixoloji problemlərin həlli üçün fərdi konsultasiyalar, qrup halında psixokorreksion treyninqlər aparılır, həmçinin gənclər üçün ünsiyyət, şəxsi inkişaf qrupları vardır.

• Fəaliyyət göstərdiyi müddət ərzində təşkilat tərəfindən şəxsiyyətin inkişafı ilə bağlı 14 psixoloji treyninq keçirilmişdir. Bu treyninqlərdən 200 nəfər keçmişdir.

• Həmçinin məktəb psixoloqları, hüquqşünaslar, məktəbəqədər müəssisələrin tərbiyəçiləri, «SOS-kinder» təşkilatının anaları üçün müxtəlif psixoloji problemlərlə bağlı, başqa sözlə, çətin yeniyetmələr, küçə uşaqları, psixodiaqnostik və psixokorreksiya metodları, neyrolinqvistik proqramlaşdırma, səmərəli ünsiyyət psixologiyası və s. məsələlərlə bağlı çox saylı treyninq-seminarlar keçirilmişdir.

• Bir sıra kommersiya strukturları üçün marketinq tədqiqatları aparılmışdır. Peşəseçimi və attestasiya, kollektivdə psixoloji iqlim məsələləri ilə bağlı işlər görülmüşdür.


Доска объявлений

Şəxsiyyətin inkişafı treninqi haqqında

Şəxsiyyətin inkişafı treninqinə yıgım başladı. Gənclər qrupu(18 yaşdan 30 yaşa qədər) və yetkin yaşlı insanlar üçün qrup (30 yaşdan 50 yaşa qədər). Hər qrupda iştirakçıların maksimal sayı 12-dir. Qeydiyyat üçün mütləq ad, yaş və təhsili göstərməklə bizə email göndərməlisiniz.

Uşaqlar üçün qruplar

Uşaqlar və yeniyetmələt üçün psixokorreksiya(13-16 yaş) qrupuna elan verilmişdirş. İştirakçıların sayı 12 nəfər. Məşğələlər qrup yığılan kimi həftədə bir dəfə olməqla başlayacaq. Bir məşğələnin müddəti 5 saatdır.

Şəxsiyyətin tam psixoloji portreti

- intellektual potensial
- təfəkkür üslubu
- informasiya açıqlığı dərəcəsi
- yaradıcı potensial
- Xarakter keyfiyyətləri
- Psixoloji tip
- Sinir sistemi xüsusiyyətləri
- Adaptasiya saviyyəsi
- Peşəyönümü
- Psixoloji müdafiə formaları
- Və başqaları
Qeydiyyat üçün əlaqə telefonlarınızla birlikdə e-mail ünvanınızı göndərin.

İmkanlar

Далеко смотрящийƏgər siz kliyentlərinizin istəklərini nəzərə almaqla savadlı və keyfiyyətli reklam mətnləri yaratmağı öyrənmək və reklam biznesinizin çiçəklənməsini istəyirsinizsə bizə müraciət edin. Biz bu işdə sizə kömək edərik. Yaratmağa çalışan insanın qarşısında mümkün olmayan şey yoxdur.


 

© Sveta Məcidova, 2007-2012

e-mail: psy6957@mail.ru

telefon: (+994 12) 538 88 95, (+994 12)510 85 24, (+994 12)493 68 41, (+994 050) 442 17 08