Mərkəz haqqinda
«Psixoloji mərkəz» ictimai təşkilatı 11 may 1999-cu ildə Ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir
Təşkilatın üzvləri 13 nəfər peşəkar psixoloq və filosofdan ibarətdir.
Təşkilatın sədri psixologiya elmləri doktoru Svetlana Məjid qızı Məjidovadır.
Təşkilatın məqsədi əhaliyə psixoloji kömək göstərməkdən, stressə qarşı davamlılığın, uyğunlaşmanın artırılmasından, intellektual və mənəvi inkişafın gücləndirliməsindən ibarətdir.
Vəzifələr
Psixologiya elminin Azərbaycanda inkişafı: şərq fəlsəfəsinə əsaslanan psixoloji məktəbin inkişafı, psixologiya elminin və psixoloji biliklərin respublikada yayilması;
Əhalinin müdafiəsiz hissəsinə : əlillərə, qaçqınlara, narkomanlara, alkoqoliklərə, qocalara, çətin yeniyetmələrə, yaradıcı isetedadlı insanlara və başqalarına psixoloоji kömək göstərilməsi;
Ümidsiz xəstə insanlara psixoloоi kömək göstərilməsi : onkoloоi xəstələr, QİÇS xəstələri;
Psixoloqlara, xüsusən də məktəb psixoloqlarına nəzəri və praktiki kömək göstərilməsi.
Təşkilatın üzvləri:
“Psixoloji Mərkəz” psixoloqların peşə ittifaqıdır. O, 13 peşəkar psixoloq, sosioloq və filosofu ətrafında birləşdiriş Mərkəzin 6 üzvü psixologiya və fəlsəfə elmləri doktoru və namizədi elmi dərəcələrinə malikdirlər. Mərkəzin əksər üzvləri böyük nəzəri və praktik təcrübəyə malikdirlər. Təşkilatın üzvləri tərəfindən aşağıda adları göstərilən layihələr yerinə yetirilmişdir: “Qaçqın uşaqların psixoloji reabilitasiyası”, “Qadın təşkilatlarının liderlərinin şəxsiyyətinin inkişafı üzrə treninq proqramı”, “Rəhbər kadrların attestasiyası və peşəseçimi”, “KİV-in sosioloji analizi”, “Azərbaycanda yuxarı sinif şagirdlərinin dəyər oriyentasiyası”, “Abituriyent-99-un psixoloji portreti” və s.
Təşkilatın üzvləri
Svetlana Məcid qızı Məcidova – təşkilatın prezidenti, psixologiya elmləri doktoru. 1979-cu ildə leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. 1985-ci ildə sosial psixologiya sahəsində “Həddi-buluğa çatmayan məhbusların sosial-psixoloji tipləri” adlı namizəlik dissertasiyasını medafiə etmişdir. 1992-ci ildən BDU-nun sosial elmlər fakültəsində işləyir, gender və tətbiqi psixologiya kafedrasının dosentidir. İki monoqrafiyanın – “Psixoloji tiplər. Tipologiya 69”, “Küçə uşaqları: sosioloji və psixoloji portret” və 60-dan çox elmi məqalənin müəllifidir. 2007-ci ildə “Sosial-psixoloji tiplər 69” adlı doktorluq dissertasiyasını medafiə etmişdir. Elmi və praktik maraqlar sahəsi fərdi və qrup konsultasiya, kadrların attestasiyası, real kollektivlərlə iş, sosioloji, sosial-psixoloji və psixoloji tədqiqatların aparılması.
Rəfiqə Cəlil qızı Əzimova – fəlsəfə elmləri doktoru, AMEA-nın “Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar” institutunun sosiologiya və sosial psixologiya şöbəsinin müdiri. Doktorluq dissertasiyasının mövzsu: “Fərdi əxlaqi şüurun formalaşması”. 4 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə fəlsəfə üzrə 8 namizədlik dissertasiyası müdafiə edilmişdir. “Sevil”qadınlar cəmiyyətinin elm mərkəzinin rəhbəridir.
Rövşən Əli oğlu Cavadov – psixologiya elləri namizədi, BDU-nun psixologiya kafedrasının dosentidir. Namizədlik dissertasiyasının mövzusu: “Məsələlərin qrup həlli prosesində təfəkkürün formalaşması”. Ümumi psixologiya üzrə bir sıra proqram və metodik vəsaitləin müəllifidir. 1995-ci ildən UNİCEF tərəfindən həyata keçirilən qaçqın uşaqlarla psixososial reabilitasiya proqramının işçi qrupunun üzvüdür. Elmi maraq dairəsi: psixodiaqnostika, məhkəmə-psixoloji ekspertizası, psixokorreksiya, psixologiyada riyazi statistika metodları.
Nailə Çingiz qızı Bədəlova – Rusiya Sosial-Psixoloji Elmlər Akademiyasının müxbir üzvü, professor, natiqlik sənəti üzrə mütəxəssis. Təşkilat yarandığı gündən burada işləyir. Peşə fəaliyyətilə yanaşı təşkilatı məsələlərlə də məşğul olur.Elmi maraq dairəsi: ünsiyyət psixlogiyası və pedaqogika.
Abdullayeva Şəfa Yusif qızı – psixoloq, psixologiya elmləri namizədi, Dövlət İdarəçilik Akademiyasının “Fəlsəfə və sosial psixologiya” kafedrasının müəllimi.Dissertasiyasının mövzusu “Ünsiyyətin emosional xüsusiyyətləri”. “Hüquq psixologiyası” proqramının müəllifidir. 15 elmi məqalənin müəllifidir. Elmi-kütləvi, ədəbi-bədii “Anfas” jurnalının təsisçisidir.Elmi maraq dairəsi – pozitiv psixologiya.
Əlaqələr
Telefon: (994 12) 438-88-95, (994 12) 510-85-24. (994 12) 493-68-41, (994 50) 442-17-08
E-mail: psy6957@mail.ru
|