Azərbaycanca На главную контакты    бизнесменам спортсменам психологам родителям абитуриентам студентам    

 

 

Советуем прочесть



Советы психолога


Советы для худеющих

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


Советы для вступающих в брак Советы для вступающих в брак



Психологи шутят

MasterGroup



 

Bakililar.az

 

 

 

 

 

Təfəkkür müstəqilliyi və intellektual təşəbbüskarlıq


R.Ə.Cavadov


    Bəzi tədqiqatçılar (İ.Molnar və b.) müstəqilliyin başa düşülməsi üçün əqidə, mövqe, sosial yönəliş, maraqlar, başqa sözlə, bütövlükdə şəxsiyyətin istiqamətini ayırmağın zəruri olduğunu inandırıcı şəkildə göstərirlər. Bu cəhət bəzi tədqiqatçılar (Qanelin və b.) tərəfindən müsbət qiymətləndirilir. Lakin əqidə özü olduqca mürəkkəb anlayışdır, hətta əqidənin formalaşmasında müstəqillik hər şeydən daha çox işə yarayır.


    Bir burada daha çox təfəkkür müstəqilliyi - intellektual təşəbbüskarlıq, müstəqillik – konformluq kimi anlayışlar cütünün fərqləndirilməsinə diqqət yetirəcəyik. İlk növbədə təfəkkür müstəqilliyi və intellektual təşəbbüskarlıq anlayışlarının münasibəti məsələsinə diqqət yetirək. Əslində hazırda bu iki anlayışın qarşılıqlı nisbəti ilə bağlı məsələnin aydın olması ilə əlaqədar yanlış təsəvvürlər mövcuddur. Məsələnin tarixinə qısaca nəzər yetirməyi məqsədəuyğun hesab edirik.


    D.B.Boqoyavlenskaya intellektual fəallığın yüksək səvviyəsi kimi intellektual təşəbbüskarlığı, əksər tədqiqatlarda olduğu kimi, fikri prosesin nəticəliliyi tərəfdən (həll edilən məsələlərin kəmiyyəti və onların həlli müvəffəqiyyəti) deyil, şəxsiyyətin mobil yaradıcı potensialı tərəfdən tədqiq edir. O, bunu tədqiq olunanın qeyri-məhdud fəaliyyət sahəsi şəraitində üzə çıxarır. Mürəkkəb olmayan, lakin tədqiq edilənin diqqətini uzun müddət özünə cəlb etməyə qabil olan kifayət qədər maraqlı fəaliyyət obyekti bu sahədə yerləşir.


    Beləliklə, eksperimental situasiyada fəaliyyət şəraiti təbii yaradıcılıq prosesinə kifayət qədər yaxınlaşdırılmış olur. Tədqiq edilənlər qeyri-məhdud həcmdə fəaliyyət göstərməklə tapşırılmış fəaliyyətin optimallaşdırılmasının bütün yeni üsullarını açmaq imkanına malik olur. Bundan başqa, bu, özündə gizli şəkildə bir sıra maraqlı problemlər saxlayır ki, onların qoyulması birbaşa məsələnin tələblərindən irəli gəlmir.


    D.B.Boqoyavlenskaya öz tədqiqatları nəticəsində intellektual fəallığın üç səviyyəsini aşkar etmişdir. “Kreativ” adlandırılan yüksək səviyyə onunla xarakterizə olunur ki, tədqiq edilənin aşkar etdiyi emprik qanunauyğunluq onun üçün sadəcə evristik deyil, müstəqil problem olur, hansı ki, ona görə o, hazırdır ki, eksperimentdə təklif edilmiş fəaliyyəti dayandırsın və məsələnin müəmması üzərində uzun müddət düşünsün. Tədqiq olunanların, öz sözləri ilə desək, indi onların qarşısında – həll edilməsi onlar üçün eksperimentdəki müvəffəqiyyətlərindən daha vacib olan öz xüsusi problemləri durur.


    D.B.Boqoyavlenskayanın eksperimentləri göstərdi ki, problemin qoyulması - əzabverici prosesdir, lakin tədqiq edilənlər – “kreativlər” – könüllü olaraq özlərini bu “əzabkeşliyə” məhkum edirlər. Beləliklə, intellektual təşəbbüskarlıqda nəinki, əqli fəaliyyətin xüsusiyyətləri, həm də iradə, fəaliyyətin motivləri, maraqları və şəxsiyyətin digər xüsusiyyətləri təzahür edir.


    D.B.Boqoyavlenskayanın işlərində diqqəti daha çox cəlb edən, problemin özüdür, zira onun həlli yaradıcılığa istiqamətlənmiş şəxsiyyətin hazırlanması üçün geniş imkanlar açmağa şirnikləndirir. Lakin intellektual təşəbbüskarlığın təhlili və izahı bəzi tənqidi iradlar doğurur. Əvvəla, ortaya belə bir sual çıxır ki, “kreativlik” anlayışının daxil edilməsi müasir təfəkkür psixologiyasının konseptual aparatına yeni bir şey əlavə edirmi? Yaxud, başqa sözlə, “kreativlik” anlayışı özünün həcminə görə “təfəkkür müstəqilliyi” anlayışından üstündürmü? Güman edirik ki, yox, bir halda ki, təfəkkür müstəqilliyi ilə müqayisədə “kreativlik” qeyri-operasionaldır, özü son nəticədə təfəkkür müstəqilliyinin yüksək təzahür səviyyəsi kimi müəyyən edildiyindən, bizim biliklərə yeni heç nə əlavə etmir. Axı, həqiqətən, əgər tədqiq edilənlərdən birində kreativlik aydınca görünürsə, bir başqasında isə yoxdursa, onda bunu nə ilə izah etmək olar? Fikrimizcə, yeganə başlıca yeniliyi tədqiqatın metodikasıdır ki, bizi fikri fəaliyyətin inisiasiyasının yeni növ müxtəlifliyinə gətirib çıxarır. Fikri fəaliyyət ənənəvi olaraq, tədqiq edilənlərə məsələnin həlli təklif edildiyi situasiyalarda öyrənilmişdir (fikri fəaliyyətin inisiasiyasının növ müxtəlifliyinin birincisi).


    Ə.S.Bayramov və N.L.Eliavanın tədqiqatlarında növ müxtəlifliyinin ikincisi üzə çıxmışdır: tədqiq edilənlər “neytral” situasiyada olmaqla özləri sual, məsələ, problem qoya bilərlər. Bir sözlə, həmin tədqiqatçıların işlərində fikri olmayan fəaliyyətdən fikri fəaliyyətə keçməyi müşahidə edə bilərik. D.B.Boqoyavlenskaya faktiki olaraq, fikri fəaliyyətin inisiasiyasının üçüncü növ müxtəlifliyini göstərmişdir. Belə ki, bir fikri fəaliyyət fonunda evristik istiqamətin digər daha yüksək səviyyəli fikri fəaliyyət meydana gəlmişdir.


    Yeri gəlmişkən qeyd edək ki, son zamanlar insan intellektinin strukturunda yaradıcılıq komponentini ayırmaq yox, müstəqil komponent kimi onu intellektdən ayırmağın zəruri olması ilə bağlı tendensiya da müşahidə olunmaqdadır. Bu isə davranışın iki insani formasının: fəaliyyət və yaradıcılığın biri-digərinə qarşı qoyulmasına gətirib çıxarır. Bəzi tədqiqatçıların da qeyd etdiyi kimi intellekt və fəaliyyət biliklərin tətbiqi qabiliyyəti, kreativlik və yaradıcılıq isə biliklərin dəyişdirilməsi qabiliyyəti ilə əlaqələndirilir.


    Kreativlik insanın yaradıcılıq imkanlarını, onun psixikasının yaradıcı tərəfini əks etdirən anlayışdır. Yəni təxəyyül qabiliyyəti və təmayüllər kreativliyin fundamental əsası kimi çıxış edir. Bəzi tədqiqatçılar isə kreativliyin intellektdən ayrılmasını gücləndirən daha bir aspekt kimi intellektin psixikanın şüur sferasının fəaliyyəti, kreativliyin isə şüursuzluq ilə əlaqələnmiş olmasını əsas gətirirlər.


    Belə olduğu halda, intellektə diskursiv (məntiqi) və konvergent (reproduktiv) təfəkkürün, kreativliyə isə müvafiq olaraq, intuitiv və divergent (yaradıcı) təfəkkürün xas olduğunu mümkün hesab edirlər.


    Əslində isə real insan fəaliyyətində bu proseslər müxtəlif və mürəkkəb sxem üzrə qarşılıqlı təsirdədirlər və bu bu səbəbdən də onların bu şəkildə ayrılması olduqca süni xarakter daşıyır. Təsadüfi deyildir ki, belə uyğunsuzluğun aradan qaldırılması istiqamətində edilən cəhdlər “koqnitiv üslub” adlandırılan anlayışın meydana gəlməsinə gətirib çıxarmışdır.


    Qısaca da olsa başqa bir anlayışla – konformizm ilə təfəkkür müstəqilliyinin qarşılıqlı əlaqəsi məsələsinə nəzər salaq. Konformizm, yaxud qrup (və ya fərdin) təzyiqinə meyillik hadisəsi müstəqilliyin alternatividir. Bu iki anlayış arasında fərqlərin mahiyyəti onda ifadə olunur ki, fenomenoloji davranış kimi konformluq xarici tələblərlə razılaşma olduğu halda, müstəqil davranış forması fərdə məxsus orientasiya ilə əlaqələnir.


    Tərkib, daha doğrusu, struktur planında isə konformizm o yerdə təzahür edir ki, orada təfəkkür müstəqilliyinin hər iki komponenti – həm iradi müstəqillik, həm də təfəkürün tənqidiliyi zəifləmiş olur.


    Əgər yalnız birinci komponent “zəifləyirsə” onda biz, necə deyərlər, “tənqidbazlıqla” – yalnız uyğunsuzluqları, səhvləri qeyd etmək istəyi ilə rastlaşırıq, onları aradan qaldırmaq istiamətində cəhdlər etmirik. İkinci halda isə, uyğunsuzluğu, ziddiyyəti görmürük və bu səbəbdən də yanlış addımlar atmaqda israrlı oluruq.