Русский
  Ana səhifə   Əlaqələr   Biznesmenlərə   Idmançılara   Psixoloqlara   Valideynlərə   Abituriyentlərə   Tələbələrə   

 

 


Oxumağı məsləhət bilirik



Psixoloqun
məsləhətləri


Psixoloqlar zarafat
edir



Nigah baglamaq istəyənlərə məsləhətlər Советы для вступающих в брак


MasterGroup




 

 

 

Bakililar.az

 

HR MENECERLƏR ÜÇÜN TRENİNQ “PERSONALIN PSİXOLOJİ SEÇİMİ


Hörmətli Xanımlar və Bəylər!

Psixoloji Mərkəz sizi 10 saat olmaqla “Personalın psixoloji seçimi” mövzusunda 2 günlük treninqdə iştirak etməyə dəvət edir.

Bu treninq sizə müasir psixoloji metodların köməyilə şəxsiyyətin güclü və zəif tərəflərinin əks etdirən düzgün psixoloji portretinin yaratmağa imkan verəcək.

Treninqdə veriləcək testlər kliyentin sifarişçinin xoşuna gəlməklə bağlı fəndlərini aşkar etməyə və vaxt itirmədən onun həqiqi keyfiyyətlərini açmağa kömək edir.

Hədəf qrupu:

Kadrlar iş üzrə işçilər, rəhbərlər, psixoloqlar.

Treninqin vəzifələri:

1. Psixoloji seçimin mənbəyi və müasir praktika ilə tanışlıq.

2. Psixoloji seçimin metodoloji əsasları ilə tanışlıq və psixoloji seçimin keçirilməsi.

3. Psixoloji seçimlə bağlı ənənəvi və qeyri-ənənəvi metodların tətbiqi ilə bağlı praktik bacarıqların öyrənilməsi.

Gözlənilən nəticə:

1. Personalın psixoloji seçimində müasir texnologiyaların əsaslarının öyrənilməsi

2. Müxtəlif formalı müsahibələrin keçirilməsilə bağlı praktik bacarıqlar

3. Xarakterin əsas keyfiyyətlərinin diaqnostikası bacarıqları və şəxsiyyətin sosial-psixoloji portretinin tərtibi

4. Şəxsiyyətin intellektual potensialının diaqnostikası bacarıqları

5. Şəxsiyyətin səsə görə psixoloji diaqnostika bacarıqları.

Trener:

Svetlana Məcidova — psixologiya elmləri doktoru, Sankt-Peterburq psixoloji məktəbinin nümayəndəsi, şəxsiyyətin yeni sosial-psixoloji tipologiyasının yaradıcısı, şəxsiyyətin psixoloji diaqnostikası üzrə aparıcı mütəxəssis, bir sıra orijinal, qeyri-verbal psixoloji testlərin müllifi.

Treninqin qiyməti:

bir iştirakçı üçün 150 AZN. Psixoloji Mərkəzin daxili qayda və standartlarına görə treninqdən narazı qalmış iştirakçılara ödənilmiş məbləğ geri qaytarılır.

Qeydiyyat:

əvvəlcədən bizim elektron ünvanımıza psy6957@mail.ru özünüz haqqında aşağıdakı məlumatları göndərə bilərsiniz:

1. Təşkilat ____________________

2. A.A.S.______________________

3. Yaş ________________________

4. Vəzifə_______________________

5. İştirakçı tərəfindən qiymətləndirilə psixoloji bilik səviyyəsi (aşağı, orta, yaxşı və əla)

6. Üstünlük verdiyiniz dil ______________ (fərq etməz)

7. Həftənin hansı günü treninqə gəlmək sizin üşün əlverişlıdır ___________________ (fərq etməz)

8. Treninqin keçirilmə vaxtı_________________________(fərq etməz)

 

 

Əgər treninqlə bağlı hər hansı bir sualınız çıxarsa bizə müraciət edə bilərsiniz. Treninq bitdikdə iştirakçı Psixoloji Mərkəzin sertifikatı ilə təltif edilir.

Yerlərin sayı məhduddur. İştirakçıların maksimal sayı 20 nəfərdır.

Treninqin keşirilmə yeri haqqında qrup yığıldıqda məlumat veriləcək.

Treninq proqramına aşağıdakı test və diaqnostik metodların öyrənilməsi daxildir:

1. Xarakter əlamətlərini, liderlik potensialını, aqressivlik səviyyəsini öyrənmək üşün «Hand Test» metodikası.

2. Adaptivlik dərəcəsinin, yaradıcı potensialı, liderlik və işgüzar keyfiyyətləri öyrənmək üçün “Varteq testi”.

3. Şəxsiyyətin intellektual potensialını öyrənmək üşün qeyri verbal testlər.

4. Şəxsiyyətin emosioanl vəziyyətini öyrənmək üşün M.Lüşerin rənglər testi.

5. R.Hollandın peşəyönümü testi.

6. Şəxsiyyətin dəyər oriyentasiyasını öyrənən metodika.

7. Səsə görə xarakter keyfiyyətinin diaqnostikası.

BİZİM SAYTIMIZ:

www.psychology.az


Доска объявлений

Şəxsiyyətin inkişafı treninqi haqqında

Şəxsiyyətin inkişafı treninqinə yıgım başladı. Gənclər qrupu(18 yaşdan 30 yaşa qədər) və yetkin yaşlı insanlar üçün qrup (30 yaşdan 50 yaşa qədər). Hər qrupda iştirakçıların maksimal sayı 12-dir. Qeydiyyat üçün mütləq ad, yaş və təhsili göstərməklə bizə email göndərməlisiniz.

Uşaqlar üçün qruplar

Uşaqlar və yeniyetmələt üçün psixokorreksiya(13-16 yaş) qrupuna elan verilmişdirş. İştirakçıların sayı 12 nəfər. Məşğələlər qrup yığılan kimi həftədə bir dəfə olməqla başlayacaq. Bir məşğələnin müddəti 5 saatdır.

Şəxsiyyətin tam psixoloji portreti

- intellektual potensial
- təfəkkür üslubu
- informasiya açıqlığı dərəcəsi
- yaradıcı potensial
- Xarakter keyfiyyətləri
- Psixoloji tip
- Sinir sistemi xüsusiyyətləri
- Adaptasiya saviyyəsi
- Peşəyönümü
- Psixoloji müdafiə formaları
- Və başqaları
Qeydiyyat üçün əlaqə telefonlarınızla birlikdə e-mail ünvanınızı göndərin.

İmkanlar

Далеко смотрящийƏgər siz kliyentlərinizin istəklərini nəzərə almaqla savadlı və keyfiyyətli reklam mətnləri yaratmağı öyrənmək və reklam biznesinizin çiçəklənməsini istəyirsinizsə bizə müraciət edin. Biz bu işdə sizə kömək edərik. Yaratmağa çalışan insanın qarşısında mümkün olmayan şey yoxdur.


 

© Sveta Məcidova, 2007-2012

e-mail: psy6957@mail.ru

telefon: (+994 12) 538 88 95, (+994 12)510 85 24, (+994 12)493 68 41, (+994 050) 442 17 08