Русский
  Ana səhifə   Əlaqələr   Biznesmenlərə   Idmançılara   Psixoloqlara   Valideynlərə   Abituriyentlərə   Tələbələrə   

 

 


Oxumağı məsləhət bilirik



Psixoloqun
məsləhətləri


Psixoloqlar zarafat
edir



Nigah baglamaq istəyənlərə məsləhətlər Советы для вступающих в брак


MasterGroup




 

 

 

Bakililar.az

 

Psixologiya fakültəsinin tələbələri üçün riyazi statistika fənni üzrə proqram

Psxiologiya elmləri dokroru Məcidova Svetlana Məcid qızı,

Kərimov Həbib Firudin oğlu

İZAHEDİCİ QEYD

Psixologiyanın prinsiplərindən biri də psixoloji proseslər haqqında yeni biliklər əldə etmək və onların mahiyyətinə daha dərindən nüfuz etmək hesab olunur. Bu məsələnin həlli üçün effektiv alətləri riyaziyyat təqdim edir. Riyaziyyat təfəkkürü sstemləşdirir və ilk baxışda elə də aydın olmayan qanunauyğunluqları aşkar etməyə imkan verir.

Əllbətdə ki, bu kursda heç də bütün statistik metodlar verilməyib. Metodların seçilməsi prinsipi- onların anlaşılan və istifadə üçün asan və səmərəli olmasıdır.

İstər ölkəmizin, istərsə də xarici ölkələrin psixloqları tərəfindən aparılmış müxtəlif psixoloji tədqiqatların bütün eksperimental nəticələri real elmi nəticələr hesab olunur. Ona görə də onlar elmi müqayislər üçün istifadə oluna bilər.

Real məlumatların tətbiq olunması, süni şəkildə uydurulmuş tapşırıların nəzərdən keçirilməsi zamanı tezt-tez meydana çıxan anlaşılmazlıqlardan qaçmağa imkan verir. Reallıq prinsipi statistik metodlardan istifadə və məlumatların iternpretasiyasında sualtı daşların və onların incəliklərini həqiqətən hiss etməyə imkan verir. Təqdim olunan məslələrin təhlili tanış metotda yeni zərrəçikləri görməyə köməklik göstərəcəkdir.

Hal-hazırda psixoloji məlumatların riyazi təhlili üçün kompyuter proqramlarının mövcudluğunu nəzərə alaraq, bu proqramda əsas ideologiya bu və digər statistik metodun öyrənilməsinə və SPSS kimi kompyuter proqramlarının mənimsənilməsinə yönəldilmişdir.

Kursun proqramı elə təşkil eidlmişdir ki, hətta tipik humanitarlar, hansı ki, psixoloqların əksəriyyəti özlərini belə hesab edirlər, onlar üçün aydın olmayan formullar dilindən çəkinməsinlər, riyazi təhlilin məntiqini dərk etsinlər və çox böyük həvəslə və asanlıqla riyazi statistikanın metodlarından öz tədqiqatlarında istifadə edərək, öz düşüncələrində bəzi “obyektivliyə” üstünlük versinlər və yeni qanunauyğunluqalrı aşkar etsinlər

Kursun proqramı 82 saata hesablanıb (42 saat –mühazirə, 42 saat- seminar və pratik məşğələlər)

Giriş - 10 saat.

Kursun məqsəd və vəzifləri. Statistik metodların psixologiyada tətbiqi sahələri. Statistikanın əsas bölmələri: təsviri, induktiv, korrelyasion. Statistik metodlarda əsas müxtəliflik: parametrik və qeyri- parametrik. Pixoloji məlumatların riyazi təhlili zamanı isfifadə olunan əsas anlayışlar:

• Tapşırıqların təsnifatı və həlli metodları

• Populyasya və nümunələr

• Əlamətlər və dəyişənlər (kəmiyyət, sıra, keyfiyyət)

• Ölçmə şklaları: nominal, sıra, interval.

• Əlamətlərin paylanılması. Paylanmanın parametrləri.

• Statistik hipotezalar ( sıfır hipoteza, alternativ hipoteza)

• Statistik meyalar (parametrik və qeyri-parametrik.)

• Statistik əhəmiyyətliliyin səviyyələri

• Meyarların gücü

I BÖLMƏ: TƏSVİRİ STATİSTİKA – 14 s.

Təsviri statistika müşahidə və eksperiment zamanı alınmış ilkin nəticələri ümumiləşdirməyə imkan verir. Burada prosedurlar, məlumatları onların əhəmiyyətinə görə qruplaşdırılmasına, onların tezliyinin paylanmasının qurulmasına, paylanmanın mərkəzi meyllərinin müəyyənləşdirilməsinə (məsələn, orta arifmetik göstərici) və nəhayət məlumatların müəyyən edilmiş mərkəzi meylə nisbətdə səpələnməsinin qiymətləndirilməsinə gətirib çıxarır.

Məlumtların qruplaşdırılması. Tezliyin paylanması. Histoqramma. Tezliklərin paylanması sahələri. Normal paylanma əyrisi. Mərkəzi meyllərin qiymətləndirilməsi. Moda. Bimodal paylanma. Mediana. Orta arifmetik göstərici. Səpələnmənin qiymətləndirilməsi. Orta yayınma. Варианса. Standart yayınma.

II BÖLMƏ İNDUKTİV STATİSTİKA – 14 s.

İndutiv statistikanın vəzifəsi ondan ibarətdir ki, iki dəyişənin bir populyasiyaya nə dərəcədə aid ola bilməsi barədə ehtimalları müəyyən etməkdir. Hipotezaların yoxlanılması. Sıfır hipoteza(Н0). Alternativ hipoteza(Hx). Əhəmiyytlilik səviyyələri. Ehtimal hüdudları. Parametrik metodlar: Styudent metodu; Sərbəstlik dərəcəsi; Sərbəst dərəcələrin sayı; Asılı dəyişənlər üçün Styudent metodu; Dispersiya təhlili (F. Snedekora testi). Qeyri-parametrik metodlar: χ2 (xi-kvadrat); Nəzəri tezliklər (T); İşarələr kriteriyası (binominal kriteriyalar). Digər qeyri-parametrik kriteriyalar: Ranq kriteriyaları; U test (Manna-Uitni); T Vilkokson testi.

III BÖLMƏ: KORRELYASIYA TƏHLİLİ – 16 s.

Korrelyasiyanın öyrənilməsi zamanı bir nümunə daxilində iki göstərici ( məsələn, uşaqların boyu və çəkisi və ya İQ-nün səviyyəsi ilə məktəbdəki nailiyyət arasında), yaxud iki müxtəlif nümunələr arasında ( məsələn, əkiz cütlərin müqayisəsi zamanı) hər hansı bir asılılığın olub-olmamasını müəyyənləşdirməyə çalışırlar. Əgər asılılıq varsa, onda bu bir göstəricinin artması (müsbət korrelyasiya) və ya digərinin azalması (mənfi korrelyasiya) ilə müşayiət olunur. Başqa sözlə, korrelyasiya təhlili bir göstəricinin kəmiyyətini bilməklə, digərinin nə dərəcədə əhəmiyyətli olması imkanlarını müəyynləşdirməyə imkan verir.

Korelyasiya əmsalı: Brave-Pirson korrelyasiya əmsalı; Spirmen ranqlarının korrelyasiya əmsalı Faktor və klaster təhlilləri.

IV BÖLMƏ: STATİSTİK TƏHLİL METODLARI ÜZRƏ KOMPYUTER PROQRAMLARI – 30 s.

SPSS proqramı statistik məlumatların təhlil edilməsi üçün ən geniş yayılmış proqramdır. Hər il bu poqram təkmilləşir. Ona yeni təhlil metodları daxil edilir. Ona görə də mümkün qədər yeni variantdan istifadə etmək lazımdır. Bu bölmdə əsas iş, məlumatların hazırlanması (kodlaşdırma) və daxil edilməsinə yönəldilmişdir.

SPSS proqramının tarixi. Məlumatların hazırlanması. Tezlik təhlili. Məlumatların seçilməsi. Məlumatlarım modifikasiyası. Statistik xüsusiyyətlər. Məlumatların tədqiqi. Kəsişmə cədvəlləri. Çoxlu cavabların təhlili. Orta göstəricilərin müqayisəsi. Qeyri-parametrik testlər. Korrelyasiyalar. Reqresssiya təhlili. Dispersion təhlil. Diskriminant təhlil. Faktor təhlili. Klaster təhlili. Standart qrafiklər.

ƏDƏBİYYAT:

1. Сидоренко Е.В. Методы математической обработки в психологии. С-П, 2004,350 с.

2. Глас Дж., Стенли Дж. Статистические методы в педагогике и психологии. М.:Прогресс, 1976

3. Захаров В.П. Применение математических методов в социально-психологических исследованиях. Л: ЛГУ, 1985

4. Суходольский Г.В. Основы математической статистики для психологов. Л.:ЛГУ, 1972, 420 с.

5. Рабочая книга социолога. М.:Наука, 1976, 506 с.

6. Иберла К. Факторный анализ. М.:Статистика, 1980, 398 с.

7. Программа SPSS


Доска объявлений

Şəxsiyyətin inkişafı treninqi haqqında

Şəxsiyyətin inkişafı treninqinə yıgım başladı. Gənclər qrupu(18 yaşdan 30 yaşa qədər) və yetkin yaşlı insanlar üçün qrup (30 yaşdan 50 yaşa qədər). Hər qrupda iştirakçıların maksimal sayı 12-dir. Qeydiyyat üçün mütləq ad, yaş və təhsili göstərməklə bizə email göndərməlisiniz.

Uşaqlar üçün qruplar

Uşaqlar və yeniyetmələt üçün psixokorreksiya(13-16 yaş) qrupuna elan verilmişdirş. İştirakçıların sayı 12 nəfər. Məşğələlər qrup yığılan kimi həftədə bir dəfə olməqla başlayacaq. Bir məşğələnin müddəti 5 saatdır.

Şəxsiyyətin tam psixoloji portreti

- intellektual potensial
- təfəkkür üslubu
- informasiya açıqlığı dərəcəsi
- yaradıcı potensial
- Xarakter keyfiyyətləri
- Psixoloji tip
- Sinir sistemi xüsusiyyətləri
- Adaptasiya saviyyəsi
- Peşəyönümü
- Psixoloji müdafiə formaları
- Və başqaları
Qeydiyyat üçün əlaqə telefonlarınızla birlikdə e-mail ünvanınızı göndərin.

İmkanlar

Далеко смотрящийƏgər siz kliyentlərinizin istəklərini nəzərə almaqla savadlı və keyfiyyətli reklam mətnləri yaratmağı öyrənmək və reklam biznesinizin çiçəklənməsini istəyirsinizsə bizə müraciət edin. Biz bu işdə sizə kömək edərik. Yaratmağa çalışan insanın qarşısında mümkün olmayan şey yoxdur.


 

© Sveta Məcidova, 2007-2012

e-mail: psy6957@mail.ru

telefon: (+994 12) 538 88 95, (+994 12)510 85 24, (+994 12)493 68 41, (+994 050) 442 17 08